Xəbər lenti

 Şrift:
  
                            Polad Qasımov

    Hələ Sovet dövründən çox məşhur mətbuu orqan olan "Kirpi" jurnalının, 1995-ci ildən 2017-ci ilə qədər (ta öldüyü günəcən) baş redaktoru olan Polad Qasımovun, bu gün, fevralın 21-i vəfatından üç gün ötür. 
   Gədəbəy rayonunun Ataxal kəndində Müseyib kişinin ailəsində dünyaya göz açmış Polad müəllim haqqında atamdan çox eşitmişdim. Qohumluq əlaqələrimizin olmasıyla bağlı bilgilərim də vardı. Biləndə ki, o, həm də çox populyar, eyni zamanda bu gün də sevilərək, seçilərək dinlənilən gözəl mahnıların mətnlərinin müəllifi olan şair Dəmir Gədəbəylinin kiçik qardaşıdır, fərəhim ikiqat artmışdı.

Ardını oxu...

 Şrift:





1."Arzuya bax sevgilim, tellərindən incə mi?
Söylə ürəyincə mi?"

Mikayıl Müşfiq.

2."Əksik olmaz qəmimiz, bunca ki bizdən qəm alıb,
Hər gələn qəmli gedər, şadı gəlib yanımıza"

Füzuli.

3."Dildə qəm var şimdilik, lütf eylə gəlmə ey sürur,
Olamaz bir xanədə mehmanı mehman üstünə"

Nəsimi.

4."Haqqımızda padşah vermiş fərmanı,
Fərman padşahındı dağlar bizimdi"

Dadaloğlu.

5."Rüstəmin ki o zaman yar görünür gözlərinə,
İmtahançun sən onun barmağını kəs bilməz"

Süleyman Rüstəm.

6."Başımla döyürəm qapını sevda,
Nə evdən çıxırsan nədə başımdan"

Salam Sarvan.

7."Qadınım-qanadlarımsan"

Rasim Qaraca.

8."Ayrılıq-sevdaya daxil"

Atilla İlhan.

9."Qəhrəmanlar can verir,
Yurdu yaşatmaq üçün"

Nihal Atsız.

10."Bənzər meyxanadə sərxoş,
İki tərsayə gözlərin"

Qasım bəy Zakir.

11."Bilirəm ki deməyəcək,
Bir sevgilim birdə Vətən,
Şair nə tez qocaldın sən"

Səməd Vurğun.

12."Biz bir başqa sevdik, ona görə başqasını sevə bilmədik"

Nazim Hikmət.

13."Al başımı dizin üstə,
Çal yataq layla vaxtıdı"

Abbas Tufarqanlı.

14."Çırpınırdın Qara dəniz,
Baxıb Türkün bayrağına"

Əhməd Cavad.

15."Ala gözə qara torpaq,
Dolunca gözlərəm səni"

"Koroğlu" dastanı.

16."Anasız, babasız Ofelya kimi,
Saçları pərişan bir qızdır eşqim"

Mikayıl Müşfiq.


17."Başqasının sənin qəlbini isitməsi,
Mən hər zaman,
Qəlbimi üşüdəcək"

Sunay Akın.


18."Şair ola bilməzsən, anan doğmasa şair"

Şəhriyar.

19."Çox sevməyəcəksən, məsələn
O daha sevərsə üzülərsən"

Can Yücel.

20."Bizim yanıq Füzulimiz dərin bir dəniz,
Qarşısında göl olar sizin Danteniz"

Nihal Atsız. 
 Şrift:

 

           
                                        Unutmayacam s
əni

 

Unutmayacam səni,
Bütün gözü ya
şlı qadınların
qisas g
ününə qədər.
Əllərimə çəkilən yollarda
g
əlməyini gözləyəcəm bu səfər.

Başqa qadınlarda
axtarmayacam s
əni
Onlarda itirm
ədiyim üçün.


Qayıt...
Qayıt xo
şbəxt edim səni
Qayıt k
ədərinə sevinc səpim
G
əl e gəl
G
əl ağrılarından öpüm

 

 


                                                 Şairlər

Şairlər xoşbəxt olmur,
Ola bilmir, qadası.
Dua da edə bilmir
şairlərin əlləri,
Bəzən bir şeir olur
bir şairin duası.

Şeirlərə sığınır,
unudanda Tanrını.
Hərdən yazmaq dindirir,
Neçə ildi dinməyən
xroniki ağrını

Ümiddən yetim olur
şairlərin ürəyi.
Belə də nə qorxusu?
Ən pisi yazmamaqdır
şairin gələcəyi.

Şairlər hiyləgərdi,
Gizlədir bir qadını
yazdığı hər sətirdə.
Sən də diqqətlə oxu,
Bax gör tapa bilirsən
özünü bu şeirdə.

Şairə yazmaq üçün
Nə lazımdı, qadası?
Qələm,payız,darıxmaq ,
sevgisizlik, bir də ki,
Üstünə söz dağılmış
kiçik yazı masası.

 

 

 

 

                                             Köhnə Bakı

 

Sən getdiyin gün var idi ha?
Bax o gün, neçə min xatirə yiyəsiz qaldı,
Bax o gündən səhərlərə həsəd apardı gecələr.
Ta mən də, o gündən gəlmədim siz tərəfə,
Məndən yetim qaldı sizin küçələr.

Sən getdiyin gün var idi ha?
Ayrılıq havası da yoxuydu ee, biləsən.
Heç yağış da yağmadı, elə sən deyən,
Külək də əsmədi, o gün Bakıda.

Sən getdiyin gün var idi ha?
Bax o gündən sonra,
Ən azı on dəfə unutdum səni,
"Köhnə Bakı"da.

Sən getdiyin gün var idi ha?
Bax o gündən sonra,
Allah göstərməsin, öləcəkdim eee.
Ömrümü anamın duası uzatdı.
Sən getdiyin gün var idi ha?
Bax o gündən sonra,
Darıxıram...
Təxminən 14600 saatdı.

 

 

 

 

Şəkildəki sprey. (şeir 1)

Bir də bu standart ayrılıqlar var,
“ m
ənə zəng etmə, nömrəmi sil” kimi .
Bu zaman heç n
ə hirsini soyutmaz
cırdı
ğın şəkil kimi.
S
əni qıcıqlandırar onun
sev
əndə yox, ayrılanda uşağlıq etməyi.
H
ə...
bir d
ə ayrılığla eyni günəşər
oxudu
ğun kitabın bitməyi.
T
əzədən sevməyə ürəyin gəlməz,
kitab alma
ğa da əlin.
Bel
əcə boşluq yaranar dolu ürəyində,
Unutma
ğa çalışarsan hipotalamus səviyyəsində.
Bir gün öz özün
ə “deyəsən onu unutdum” deyərsən,
El
ə bu vaxt astman tutar,
Anan spreyi axtarar,
s
əndə cırdığın şəkili.


 

 

 

 

Sükut.

Görən içindəki səs,
Hara q
ədər yüksəlir?
Ür
əyində danışma,
Qula
ğıma səs gəlir.

 

Elə gözəl susursan,
Ba
şa düşürəm səni.
B
əlkə elə susmağın,
At
ıb getməkdi məni.

 

Vacibdirsə getməyin,
G
əl belə et əzizim.
Ba
şınıçiynimə qoy,
Yuxuya get
əzizim.

 

Ürəyimə dərd olma,
Çiyinl
ərimə yük ol.
G
əl yataq oyanmayaq,
H
ər yuxuma şərik ol.

 

 

 

 

 

Həp fəsillər.

Salam həkim,
Nec
əyəm?
A
ğrılarım necədi?
Bax gör unudulma
ğa
ne
çə döyüntü qalıb,
Bax gör n
əbzim neçədi.

 

Unuda bilmək üçün,
Bütün a
ğrıkəsici
d
ərmalardan atmışam.
G
ötür fonendoskopu
ürəyimin üstə qoy,
N
əfəs alım, saxlayım.
Yoxla gör unutmu
şam?

 

Həkim, necə olacaq
bu a
ğrıların sonu?
S
əni mən and verirəm Hipokrata, goruna, düzün de
Neç
əşa,payıza
Unutmaq  olar onu?


 

 

 

 

 

 

 

 

 

 Şrift:



Geri dönməz daha fələyin çarxı
İllər ömrümüzdən çalındı getdi.
Çoxunun qızındı canı, bizdəsə
qurular yaş üstə qalandı getdi

Daha yanmaq olmur, ocaq söndüsə.
Adam necə sussun vicdan dindisə
Əvvəl şəffaf olan sular - indisə
dibi görünməzdir, bulandı getdi.

Ruhum bədənimdə üşənir indi,
Bir idi yolumuz, indisə gendi
O şirin vədələr ilğıma döndü.
Ümidlər Allaha calandı getdi.

Ən cavan arzular daha qocalır,
İçimdə bir ümid yeri boşalır.
Hicran əsrlərdən borca yaş alır,
Vüsalın ömrüsə bir andı, getdi.

Əvvəldən bu yola qol-qola düşdük
Kim bilir nə idik, nə hala düşdük
Biz elə sanırdıq düz yola düşdük
Sən demə, bu yol da dalandı, bitdi.

 Şrift:



Yoruram, 
yenə özümü yoruram
Susuram, 
heç danışmıram, dururam
Uduram saatları, dəqiqələri
Özümü də zaman zaman qururam

Yoruram, 
yenə özümü yoruram
Batırıram qələmi fikirlərimə yazıram
Qələmi yoruram, 
şeri yoruram, 
sözümü yoruram.
Mən özüm ola bilmirəm
gəzirəm adam içində
Dərd axını gəlir üstümə
Bəlkə də 
dünyanın yadam içində
Yadların arasında 
üzümü yoruram.

Allahım beləcə duruxuram 
Dilində sənin
Əməlim uyuşmur 
dilimlə mənim
Yenə də əyilirəm qalxıram önündə sənin
Bəlkə də tanımıram Allahım səni
Bəlkə də beləcə dizimi yoruram.

Yenə şerimi uzadıram göylərə
birinci oxuyan sən olasan deyə
Kimə dərd demişəm 
kimi yormuşam?
Dünəni yoruram, 
sabahı yoruram
Mən öz ürəyində danışan adam
Bəlkə də təkcə
Allahı yoruram

 Şrift:


Kağız üşüyər-

Üstünə səpilən soyuq sözlərdən
Nöqtə qoyulduqca
ümid doğar isinməyə.
Səbəb olar günəşin doğuşu,
Ən kədərli insanda
Səbəbsiz gülməyə...


          ****
Saçını yola tökən söyüd ağacı, 
Birləşməyən yol-
Sonu cığır.
Sevincdən doğan acı-
Qanadı qırıq arzular.
Yüklənmiş beyin-
Beyindən didərgin  ağıl.
Gerçək həyat,
Gerisi nağıl.


     ****
Nəfəs kəsən yalnızlıq..
Bir dam altda iki yad-
Şərhsiz soyuqluq, 
Varlıq içində yoxluq..
Həm acı verir qəlbə,
Həm izahı olmayan
Qəribə bir  yorğunluq.

Aysel Nəsirzadə 
 Şrift:


                   Yavər HƏSƏN



TƏKİ ÜRƏK OLSUN...

Mənimçün məhəbbət Allah kimidi,
fikrimdə, sözümdə hər zaman birəm.
Ürək, – elə zənn et, özgə cibidi,
mən cibgir deyiləm, ürəyə girəm.

Mənim istədiyim gül ayrı güldü,
yada tikanı var, mənə qoxusu.
Biz vəslə yetməmiş, ayrılıq gəldi,
səndə göz olmadı, məni oxusun.

Ardını oxu...

 Şrift:

                                      Xəyalə SEVİL

Sən mənim xəyal yoldaşım
 
Əvvəl saçlarımı kəsdirdim,
Sonra qollarımı tulladım
Yanımdakı boşluğa.
Mən alışdım təkliyə,
Sən alışdın sərxoşluğa.

Ardını oxu...

 Şrift:



ÇALIŞIB LAL QALXIRAM 


Yuxum ərşə çəkilib ,
Səhərə kal qalxıram.
Dünyanın səs küyünə,
Çalışıb lal qalxıram.

İndi ən çox susuram,
Dinməz fağır olmuşam.
Atamın dəcəliydim,
Yaman ağır olmuşam.

Ardını oxu...

 Şrift:


                                               Əlibala HACIZADƏ



                     Gözəl yazıçımız,Əlibala Hacızadənin unudulmaz xatirəsinə....

Yadımdan heç çıxmaz, ağıllı, müdrik,
Bir az da yaşıla çalan gözləri.
Acı papirosu çox çəkdiyindən,
Heç vaxt işlətməzdi acı sözləri.

Bizim hamımızı tərifləyərdi,
Bir yol danışmazdı özündən qəti.
Hər dəfə tapırdı özünəməxsus,
Hər kəsə doğma bir müraciəti.

Ardını oxu...

Sayğac