Xəbər lenti

 Şrift:


                         Damət SALMANOĞLU



QƏLBİNDƏ MƏNİMÇÜN BİR GUŞƏ AYIR

 

Sən bu şirinliyi hardan almısan?

Ləblərin elə bil, beçə balıdır.

Neçə aşiqini dərdə salmısan,

Gəlişin ruhumun xoş əhvalıdır!

Ardını oxu...

 Şrift:

                           Ülvi ŞİRİN


DE JAVU
                                                     
 Sənə çatana qədər...
...əllərim üzüldü yalan burulğanında.
Insan unutmağa başlayanda dərk edir əsl həqiqəti.
Bu gündən sabaha ümid yoxdu,əzizim.
Sən kimə görə ölməyə belə hazırsan...deyə bilmərəm
Amma mən sənsizlikdə əriyirəm.
Daş dövründən qalma alt çənə sümüyü kimi çürüyürəm.
Ətrafına bax...Bax...
Qismətin bəlkə də hər gün önündən keçir...
...sənsə heç üzünə də baxmırsan.

Ardını oxu...

 Şrift:


                         Vəli Qaraçaylı



Sərhədləri aşan adam

Bu dünyanın xoşbəxtidi, sərhədləri aşan adam,
Dağıdaraq neçə bəndi, çaylar kimi daşan adam.
Sərhəddəki dirəkləri öz kökündən üzənlər də,
Səyyah olub dünyamızı qarış-qarış gəzənlər də,
Bu dünyanın xoşbəxtidi...

Ardını oxu...

 Şrift:
     “Bilmirəm” deyənin bir bildiyi var…

                                           Şahin Ülvi
 
                            Şahin ÜLVİ
 
   Mirşahin Mirfəttah oğlu Seyidov (Şahin Ülvi)
1984-cü ildə Naxçıvan MR Culfa rayonunun
Əbrəqunus kəndində doğulub. Naxçıvan Müəllimlər İnstitutunu bitirib. Şeirləri müxtəlif qəzetlərdə dərc olunub.
 
       SƏRHƏDDƏN BİR MƏRMİ KEÇDİ
Bir şəhidin dilindən
 
Sərhəddən bir mərmi keçdi,
       sərhəddi keçən mərmi.
Ürəyimi dəldi, deşdi,
       qanımı içən mərmi.
Bu mərmi cansız caniydi
       kəşfiyyatçı mərmi idi,
Qanımda batıb boğuldu,
       səbrimi ölçən mərmi.

Ardını oxu...

 Şrift:



Həyatıma Xoş Gəldin

Həyatıma xoş gəldin...
Göy üzündən qara buludlar uzaqlaşdı
Ömrümün qışında güllər, çiçəklər açdı
Xoşbəxtlik, axır ki mənim də qapımı çaldı...

Həyatıma xoş gəldin...
Bitdi, artıq içib-içib ağlamaq,
Səhəri yuxusuz, gözləri yaşlı qarşılamaq
Qaranlıq taleyimə görə Tanrını qınamaq...

Ardını oxu...

 Şrift:

                                       Xəyalə SEVİL


Bir payız axşamı...

Qaralan buludların
Səsi düşər üstünə.
Atar yağışını
Göy üzü giley kimi.
Yollar da burular
Ayağının altından,
Sola dönər,sağa dönər.
Ürəyin “hə”ni, ”yox”u
Bilməyən uşağa dönər.
Elə darıxarsan mənsiz...
Belə darıxarsan mənsiz!

Ardını oxu...

 Şrift:

 

Unutma ən gözəl canlı insandır!


İstər qaynana ol, istərsə baldız,

İstər təzə gəlin, istərsə də qız,
İstər toöplum yaşa, istərsə yalqız,
İtirmə özünü heç vaxt, amandır.
Unutma ən gözəl canlı insandır!

 

Bir gün oğulsansa, bir sabah ata,
Oğul, qız toyuyla sonra qaynata,
İşini elə tut çıxmasın xata,
Ən gözəl tənqidçi axı zamandır.
Unutma ən gözəl canlı insandır

 

İnsanlıq ən gözəl sərvətdi, nurdu,
Onun da sərvəti incə şüurdu,
Pislik gözəliyə böyük qüsurdu,
Şəhla da bilir ki, əmanət candır.
Unutma ən gözəl canlı insandır!

 

 

 

 

Olar

 

Həya pərdəsin çırıb hər nə desən etmək olar,

Bu minval ilə isti cəhənnəmə getmək olar.

 

Qəlbində yoxdursa Allah sevgisi səndən heyif,

Sevgi ilə cənnətdə bülbül kimi ötmək olar.

 

Dünyanın ziyafətindən nəfsini azad etsən,

Axirət ünvanında hər arzuya yetmək olar.

 

Bəsləmə bəndəyə, ya Tanrısına qəzəb və kin,

Nifrətin kölgəsi altına girib itmək olar.

 

Şəhlanın sözlərini oxuyub qalma biganə,

Paklıqla, həya ilə könüllərdə bitmək olar.

 

 

 

 

 

Dostum!


Atasız, anasız böyüyən kəsə,
Sevginin həsrəti qəm olmaz, Dostum!
Yalın ayağını çınqıllar kəsə,
Gözündə bir damcı nəm olmaz, Dostum!

 

Güllü baharının havası quru,
Nəmli payızının çöhrəsi duru,
Həzrəti İsrafil çalsa da Suru,
Dörd fəsil birində cəm olmaz, Dostum!

 

Gözəlin qəlb yaxan, nazı, ədası,
Bülbül sevgisinin səsi, sədası,
Uca Yaradanın tək "Ol" nidası,
Duyan könüllərdən kəm olmaz, Dostum!

 

 Şrift:


Eyni səbəbdən ağlasa da bir çox qadın,
Fərqli cəzalara layiqdir kişilər
— hərə ağlatdığı qədər.
Kişilər günahkardır
— xəyanətin sayı qədər,
qadın sədaqəti, 
bir az da özünü aldatdığı qədər.

Və Tanrı kişiləri, 
qadınları xoşbəxt etdiyi qədər
bağışlayacaq.
Bir gün bütün kişilər dünyaya gəldikləri üçün
qadınları alqışlayacaq.

İllərdir mətbəxinə məhkumdursa qadın,
azadlıq bu gün yemək 
bişirməməkdədir bəlkə də.
"Azadlıq" sadəcə sözdür heykəlin qadından daha çox azad olduğu ölkədə.

Bir qadının ağız boşluğunda
bir vicdanlıq tüpürcəyi var
— tüpürə bilmədiyi.
Bir də hələ də ümidi var ki,
uzaqlarda xoşbəxtlik var
— kişisinin gətirmək istədiyi,
gətirə biləmdiyi.

 Şrift:


 

Yaxamdan tutub qışqırır,
nəfəsimi kəsir, ad, küçə, ölkə...
bir də "məsafə"ni əvəz edən
bir ömürlük bəlkə...

Ən doğma yerlər yadlaşır,
ən doğma baxışlar yad olur.
Avtobusdan qışqıran oğlanın
dilindəki ünvan da 
quruca ad olur

Qırışlar əlifba sırası ilə düzülər 
alnından dodağına,
Xalın da bir maneədi
gözündəki ümidlərin qabağına

Həmin küçələr, dalanlar da 
sökülüb gözün aydın
çıxıb getməzdin, 
yiyə çıxardın xatirənin 
hər daşına, yanlarında olaydın...

Daha eyni mənanı verir
bitişik də, ayrı da.
Nə cür yazılır yazılsın,
hətta ərəb dilində də
kədərlidi "Əlvida"

Ayrılıq kəlməsinə düçar olan adamlar
gözəl bilir necə çətinləşir,
udula bilən ən rahat loxmalar
"Sevgi"nin dilində danışmasan tez unudulur
Başqa dildə danışırmış,
özgə dili anlayırmış doğmalar

Sayğac