Xəbər lenti

 Şrift:

                                    ELŞƏN  SƏFƏVİ  İSMAYIL

DƏRVİŞ “NƏĞMƏLƏRİ”...
 
Döndüm sağa, döndüm sola,
Varmaq üçün Qutlu Yola,
Qutlu Ruhu dərk eylədim,
“Hü!” deyərək dola-dola...
 
Beş min ildir bu yoldayam,
Hey getsəm də, daldayam...
Xızır Sultan hamim olub
Onun üçün qaldayam...

Ardını oxu...

 Şrift:
               
                                      Vüqar BAYRAMOV



          Hardasan
 
Yollarından çəkəmmirəm gözümü,
Qəhər boğur deyəmmirəm sözümü,
Heç bilmirəm hardan alım dözümü,
Səndən ötrü darıxmışam,hardasan?
 
Sipərimsən, səngərimsən, qalamsan,
Dilimdəki ən müqəddəs kəlamsan.
Şirinimsən,şəkərimsən,balamsan,
Səndən ötrü darıxmışam,hardasan?

Ardını oxu...

 Şrift:


                   Ələddin İNCƏLİ


    Az öncə əldə etdiyimiz məlumata görə, tanınmış şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin İncəli ağır xəstəlikdən sonra vəfat etmişdir! 
   Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) şairlik, jurnalistliklə yanaşı Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. O, 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini, 1951-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
 

SEVƏNLƏRƏ ZİYAFƏTİM OLACAQ

Ala gözlüm, gələcəyəm yanına
bir gün səni ziyarətim olacaq.
Kəsəcəyəm kəndirini hicranın,
ayrılıqla nəhayətim olacaq.

Odamızı tər güllərlə bəzərsən,
süfrəmizə billur qədəh düzərsən,
qədəhlərə eşq atəşi süzərsən,
sevənlərə ziyafətim olacaq.




unudacam dərd-möhnəti o gecə,
qeylü-qalı, qal-qeybəti o gecə,
kəsməyəcəm söz-söhbəti o gecə,
baldan şirin hekayətim olacaq

İncəliyəm, tapınmışam bu ada
bəxtim məni yetirəcək murada
arzumu da bildirəcəm arada
Bir ayrı cür işarətim olacaq...



GÖNDƏR


Tanrım, ərzə nə davakar,

Nə cığal bəndələr göndər.

Nə lovğa, nə təkəbbürlü,

Nə dağal bəndələr göndər.

 

Nə "dünya mənimdi" - deyən,

Nə kasıb-kusubu döyən,

Nə zəhmət çəkməyib yeyən,

Nə kahal bəndələr göndər.

Görməyək tələ-torları,

Görməyək qəlbi korları.

Yer tutmur haramxorları,

Pak, halal bəndələr göndər.

Bir də yonmağa codları

Kəsərli rəndələr göndər.

 

BƏXTƏVƏR
 

Zəhmət çəkib, zəhmətinin haqqını

Alan varsa - bəxtəvərdi, bəxtəvər.

Mayasına heç vaxt haram qatmayan

Kalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

Nə qədər ki, gəlib-gedir nəfəsin,

Olaydı kaş yaşamağa həvəsin.

Üzündə nur, dodağında təbəssüm

Plan varsa - bəxtəvərdi, bəxtəvər.

 

İncəli, çək sən də sözün nazını,

Atma hələ qələmini, yazını.

Ulu Qorqud dədəmizin sazını

Çalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

 

BİRİ MƏNƏM

Haqqı heç ödənilməyən,

Şairlərdən biri mənəm.

Çünki məğrur, yenilməyən

Şairlərdən biri mənəm.

 

Axtarıb bula bilməyən,

Haqqını ala bilməyən,

Hamı tək ola bilməyən

Şairlərdən biri mənəm.

 

Yaltaqlanıb, yarınmayan,

Məddahlıqdan barınmayan,

Kasıblığa darılmayan

Şairlərdən biri mənəm.

Kirpiyiylə od götürən,

Qəhərlənən, köks ötürən,

Az qazanıb, çox itirən

Şairlərdən biri mənəm.

 

İncəlidi qəhr eyləyən,

Namərdləri dəhrələyən,

Qüruruyla fəxr eyləyən

Şairlərdən biri mənəm...

 

BƏNÖVŞƏNİ

Bəlkə ölüb getdim, yazı görmədim,

Gülüm, o dağlardan dər bənövşəni.

Nazik əllərinlə seçib-oxşayıb

Qəbrimin üstünə sər bənövşəni.

 

Bəlkə incə ruhum xoşahal ola,

Bəlkə yaman dillər susa, lal ola.

O güllər üç rəngdə: ağ, göy, al ola,

De, şair sevməzmi hər bənövşəni.

 

Gərdiş dövranımı devirdi, deynən,

Vurub iqbalımı çevirdi - deynən.

Əllədin İncəli sevirdi - deynən,

Şehli bənövşəni, tər bənövşəni.

 

ONUNLA GETDİ

Səmada bir ulduz parlayıb söndü,

Gözəl Məlahətim onunla getdi.

Elə bil taleyim tərsinə döndü,

Bəxtim, səadətim onunla getdi.

 

Yarım məndən ötrü nur - işığıydı,

Gülün səhəriydi, gur işığıydı.

Bu şair ömrümə yaraşığıydı,

Şerim, şeriyyətim onunla getdi.

 

Ələddin İncəli, desən qürurum,

Şeirdə uğurum, işdə uğurum,

Qolumda qüvvətim, gözümdə nurum,

Dizimdən taqətim onunla getdi.


 Şrift:
                            
                                                         Ülvi ŞİRİN

QIRMIZI YUXU…
 
 
Başımız üstündə qırmızı bulud,
 
qırmızı-qırmızı baxır bizlərə…
 
çiyələk qoxulu qırmızı külək…
 
…sevgimi paylayır sevgisizlərə?…

Ardını oxu...

 Şrift:
 
                          Firudin Həsənoğlu
     Tədqiqatçı, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Həsənoğlu (Rzayev) 21 dekabr 1952-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. 1983-cü ildə M.F.Axundzadə adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 2003-cü ilə qədər Mehbalı Qasımov adına Culfa rayonun Xoşkeşin kənd orta məktəbində rus dili ixtisası üzrə müəllim işləyib. Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. 1967-ci ildən şeir və qəzəlləri “Azərbaycan gəncləri”, “Şərq qapısı”, “Zəfər” və s. qəzetlərdə, həmçinin “Gənclik” jurnalı və “Çinar ömrü” ədəbi almanaxında dərc olunub.
2006-2016-cı illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda institutun Onomastika şöbəsinin  müdiridir.
Firudin Həsənoğlu “Naxçıvan ensiklopediyası” (2 cilddə), “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi” (3 cilddə) kitablarının həmmüəllifi, 2 cildlik “Naxçıvan əhalisinin etnogenezi tarixi”, “Qədim Şərur oykonimlərinin mənşəyi” monoqrafiyaları və 36-sı xaricdə olmaqla 117 elmi məqalənin müəllifidir.
 
 
Məni gecələri tənha qoymayın
 
Gecə sevincimin yox olan dəmi,
Gecə əzabımın çoxalan dəmi,
Gecə ümidimin yıxılan dəmi
Siz məni gecələr tənha qoymayın!

Ardını oxu...

 Şrift:

                             Əfsanə RƏVAN


Çox tezmi unudarsan...
 
Nə vaxtsa mən olmasam,
 Yaşararmı gözlərin..
Qəmlənərmi ürəyin,
Büdrəyərmi dizlərin.
 
 Axtararsanmi görən,
Hara baxsan əksimi.
 Yoxsa ki, unudarsan,
 Səndəmi yadlar kimi.

Ardını oxu...

 Şrift:

                                  Arzu HÜSEYN

 
            İzsiz...

Mənsiz də tapılar qucaq qəlbinə,
İsinən çox olar ocaq qəlbinə.
Anlat o balaca, uşaq qəlbinə,
Anlat ki, dalımca çox ağlamasın.

Ardını oxu...

 Şrift:

                                              İLQAR TÜRKOĞLU


BU DA BİR PAYIZDI

Ötürdüm karvanı payıza tərəf,
Düşdükcə yarpaqlar izimin üstə.
Əlləri qoynunda o qıza tərəf
Bir sevda ağlayır dizimin üstə.
 
Buludlar başımda qısıla qalıb,
Gözümdə boğulur sızqa yağışlar.
Pəncərəm önündə asıla qalıb
Xəyallar içində donan baxışlar.

Ardını oxu...

 Şrift:

                                                       AYAZ ARABAÇI


YADIMA BİR EV DÜŞÜR


Yadıma bir ev düşür..
İkiotaqlı bir ev.
Qoca tut ağacının budaqları döyərdi,
Hər baharda nübarla 
kasıb pəncərəsini..
Kəsərdim çubuğuyla dəlisov uşaqların,
Gecə səhərə qədər kəsilməyən səsini.
Gəlb çıxardı dostlar qaçıb qardan-sazaqdan.
Yadıma bir ev düşür..
Hardasa lap uzaqdan.

Ardını oxu...

 Şrift:


                              Xəyalə SEVİL


Bir bəhanə tap, zəng elə
 
Heç kim
Məni səndən soruşmayacaq.
Nə də heç kim səni məndən.
Nə gözəl ayrılıq oldu.
Dərdi yığdım gözlərimə,
Yanaqlarım qayıq oldu...
Əllərimdən soruşuram
Səni tez-tez,
Gözlərimdən tökülürsən.
Eh! Yenə də bir yol tapıb,
Ürəyimə çəkilirsən.

Ardını oxu...

Sayğac