Xəbər lenti

 Şrift:


   
         Yazıçı Eyvaz Zeynalov yazır:

     Bu günlərdə iki xoş xəbər aldım. Birini Almaniyadan, yazar dostum Orxan Arasdan, o birini Türkiyədən, “Anatoli” yayın evinin müdiri, dostum Şərəf Yılmazdan. Orhan bəy Almaniyada alman dilində uşaqlar üçün “Vindorvok” nəşriyyatında “Hekayələr və nağıllar” kitabımın nəşr oldunduğunu bildirdi. Bu, mənim Almaniyada alman dilində çap olunan üçüncü kitabımdı. Hər üçü eyni nəşriyyat tərəfindən yayımlanıb. Birinci kitab “Bələdçi” romanım, ikinci kitab “Alın yazısı” romanımdı.


   Bir qədər sonra Orxan bəy son kitabımın Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş olunduğunu xəbər verdi.

   Türkiyədə, İstanbulda işıq üzü görən son kitabım hekayələrdən ibarətdi. “Komşunun misafiri” (“Qonşunun qonağı”) adlanır. Bu, Türkiyə türkcəsində yayımlanan dördüncü kitabımdı. İlk kitabım, “Kara(b)ağlayan hikayeler” 2011-ci ildə Ankarada işıq üzü görüb. İkinci kitabım “Eski bsikilet” (“Köhnə velosiped”) İstanbulda “Ferfir” nəşriyyatında çap olunub. Üçüncü “İntikam” adlanan romanımdı. İlk kitabımı Türkiyə türkcəsinə İmdat Avşarla Ömər Küçükmehmetoğlu çevirib. Sonrakı kitablarımın hamısını dostum Ömər bəy tərcümə edib.

Bu il, eyni zamanda, İstanbulda, “Ferfir” yayınevində çıxan “Temrin” dergisinin bir özəl sayı üz qabığında iri rəsmim verilməklə mənim həyat və yaradıcılığıma həsr olunub.

Son kitabımla əlaqədar İstanbula dəvət olunmuşdum. İstanbuldan yayın evinin müdiri Şərəf Yılmazla Qəhrəmanmaraş şəhərindəki kitab sərgisinə də getdik. Orda bir sıra görüşlər keçirdik. Sonra biz qonşu Antep şəhərinə yollandıq. Hər iki şəhərdə türkiyəli yazarlarla maraqlı görüşlərimiz oldu.

Bu görüşlərin təşkilində gənc tərcüməçi dostumuz Əbdülqadir Özqanın əməyini xüsusi qeyd etmək istərdim. Yeri gəlmişkən, Şərəf bəy bu dəfə mənim kitabımla bərabər həkim-yazar dostum Qalib Şəfahətin “Kırık merdiven” hekayələr kitabını da çap etmişdi. Kitabdakı hekayəkəri Türkiyə türkcəsinə məhz Əbdülqadir bəy çevirib.   Bu günlərdə uşaqlar üçün yazdığım hekayə və nağıllardan ibarət Almaniyada almanca çıxan kitabım.

 

 
          Türkiyə türkcəsindəki son kitabım


   Qəhrəmanmaraşda, kitab sərgisində kitabımı imzalayıram


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac