Xəbər lenti

 Şrift:


                                       Elşad BARAT


                                      QEYRƏT SİRRİ
 
                                             hekayə
 
     Hardan biləydi ki, hər gecə onu vəhşicəsinə ehraslandırıb usunu başından, düşünü yatağından alan  qız elə onun dost-doğma bacısıdır.
Günəş buludların arasında yaşına-yaşına xeyli irəliləmişdi. Axşamkı güz yağışının torpaqdan qalxan qoxusu Vasifin pəncərəsindən asılıb sanki, onu oyatmaq istəyirdi. Küçədə şütüyən maşınların kobud siqnalları elə bil onun qulağına vara bilmirdi. Gecəni səhərə kimi dəyənin küncündəki sınıq-salxaq divanda gözünü telefondan çəkməmişdi, ancaq səhərəyaxın yata bilmişdi. İndiysə, oyanmaq bilmirdi ki, bilmirdi.
Vasifin doqquz yaşı olanda uşaq evində qətl törətmişdi, elə ordan da həbsxanaya göndərmişdilər onu. Tay-tuşları ona sayru kimi yanaşırdı, elə böyüklər də. O, həbsxanaya göndəriləndə bacısının üç ya da dörd yaşı olardı. Onların bir-birindən başqa kimsələri yoxuydu. Gözlərini uşaq evində açmışdılar.
Vasif həbsdən çıxanda artıq yekə kişi olmuşdu. Şəhərin mərkəzinə yaxın yerdə bir dəyə tutmuş, bacısını uşaq evindən çıxarıb öz yanına gətirmişdi. Hardasa, bir iş də tapmışdı özünə. Həftənin altı gününü işləyir, bütün xərcləri qarşılayırdı. Amma bilmirdi, bilmirdi ki, hər gecə onu vəhşicəsinə ehraslandırıb usunu başından, düşünü yatağından alan  qız elə onun dost-doğma bacısıdır.
Nazlı universitetə hazırlaşırdı. Qardaşı onunçün müəllimlər tutmuşdu. Hər gün başıaşağı dərsinə gedər, sonra da evə dönərdi. Qardaşı işdən qayıtmamış isti xörək də hazır olardı.
-qardaş, oyan, sən axı demişdin kiminləsə görüşəcəksən, iş barədə.
-hm...
-eşidirsən məni? Günortadı, gecikəcəksən.
-ay da, yatıb qalmışam ki... tez mənim ağ köynəyimi gətir, ütləmisən onu?
-hə, paltarların hamısı divanın başındadı.
Vasif tələsə-tələsə paltarlarını geyinir, hərdən də telefonda kiməsə nəsə yazırdı. Nazlıysa, ona səhər yeməyi hazırlayırdı, o da hərdən telefonda kiməsə nəsə yazırdı tələsik.
-gəl bura, ayaqqabımı mazla. Ay da, mən indi orda olmalıydım.
-harda?
-tez ol, tez ol, sonra danışaram... bu ala-qarsaqdı, təzədən bişirərsən.
Həyəcanlı qardaş, bacısından nəsə gizlədirdi. Özünü çöçün aparırdı. Elə Nazlı da o gün qəribələşmişdi. Səhər yataqdan qalxan kimi soyuq hamamda çimmiş, saçlarını qaz peçində qurutmuşdu. Dərsə geyindiyi, ona ən çox yaraşan paltarını da hazırlamışdı. Deyəsən, o da harasa gedəcəkdi. Telefonun mesaj siqnalı gələndə əlindəki işi atıb qaçırdı.
Nazlı çox gözəl qız idi. Qapqara uzun saçlarını hörmək istəsəydin bəlkə də bir gecəyə bitməzdi. Alma boyda gözləri həmişə su içində oynayardı. Sinəsi vaxtından qabaq şişmişdi. Demirəm sümbülündən su damlayan qızuşağıydı, çünki, onu uşaq evində dəfələrlə zorlamışdılar. Qızlığını müdirəsinin bacısı oğlu almışdı. Həmən gün Nazlı intihara da cəhd etmişdi, hansısa kiməvi maddədən xəstəxanaya düşmüşdü. Amma, ölə bilməmişdi. Bəxti gətirməmişdi.
Burnu girdə, qaşları biraz qalın olsa da, Vasif yaraşıqlı və ürəyi arı cavandı. Onu tanıyan az adam olardı ki, ona vurulmasın. İlk dəfə ona həbsxanada bir kişi vurulmuşdu, amma arzusuna çatmamış ölmüşdü. Dustaq həyatı Vasifə düşmüşdü deyəsən, ətə-qana gəlmişdi. Çırtma vursaydın qan damardı yanaqlarından. Təəssüf ki, bilmirdi, bilmirdi ki, hər gecə onu vəhşicəsinə ehraslandırıb usunu başından, düşünü yatağından alan  qız elə onun dost-doğma bacısıdır.
-mən getdim, əsən qal.
-nə vaxt gələcəksən?
-bilmirəm, get dərslərini çalış...bəndərgahı qayır, heç kimə də qapı açma.
Vasif yaxındakı parka getdi, tez-tez telefonuna baxır, hərdən də nəsə yazırdı. Nazlıysa tələsik evə qayıtdı, heç qapını da qayırmadı.
Vasifin əlləri də əsməyə başlamışdı, udquna bilmirdi həyəcandan. O, ilk dəfəydi ki, bir xanımla görüşəcəkdi. Həm də feysbukda tanış olduğu, adını bilmədiyi, şəklini belə görmədiyi, amma dəlicəsinə sevdiyi xanımla. Bəlkə də ilə yaxın idi ki, o xanımla danışırdı, gecələr xəyallarında bir-birinə sarılmadan yatmırdılar.
-Nazlı, sən burda neynirsən?
-mən...mən...heç.
-yoxsa...
-mən...yox, yox.
Olan olub keçən keçmişdi. Nazlının göz yaşları yanağından sürüşüb sinəsinə töküldükcə, Vasif daha sərt danışır, hətda qışqırır, nələrsə ayıtırdı. Artıq bilirdi, bilirdi ki, hər gecə onu vəhşicəsinə ehraslandırıb usunu başından, düşünü yatağından alan  qız elə onun dost-doğma bacısıdır.
-de görüm, sən nə vaxtdan feysbuka girirsən? Bəs öz adınla niyə girməmisən? Cavab ver mənə.
Nazlı ağlamaqdan başqa bir şey bilmirdi. Onun da bütün hissləri alt-üst olmuşdu. Axı o da aylarla həstərində olduğu sevdiyinin öz qardaşı olacağını ağlına da gətirməzdi.
Vasif susmaq bilmirdi ki, bilmirdi. O, keyib dayanmış bacısının sağına, soluna keçir, sağ əlini başına tutur, nələrsə qışqırırdı.
Bir il sonra onların oğlu olmuşdu. Bəli, bacı və qardaş evlənmiş, bir oğulları da olmuşdu, şipşirin uşaq. Adını da Qeyrət qoymuşdular. Onların bir-birinə olan sevgiləri qeyrət-namusu da vurub keçmişdi.
Vasif bütün günü işləyir, evə çörəkpulu gətirir, Nazlıysa dərslərini atıb öz qardaşından olan uşağını saxlayırdı.
Aylar, illər beləcə ötüb gözdən itirdi.
Bu, real həyatdan götürülmüş hekayədir. Qeyrət indi universitetdə oxuyur, o, nənələrini, babalarını axtarıb tapıb. Uşaq evinin müdirəsi olmuş yaşlı qarı da sənədlərdəki səhvini etiraf edib.  



Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac